Əhali rayonlara buraxılsın, Bakıda sıxlıq azalsın – Həkim

ÖLKƏ
19:17 / 20.06.2020
1282

Ölkəyə ekspress testlər gətirilməlidir. Testin cavabını 3-5 gün ərzində yox, daha tez verən vasitələrə ehtiyac var.

Axar.az xəbər verir ki, bu sözlərlə çıxış edən həkim Qalib Əsədovun fikrincə, testin cavabı gec çıxdıqda həm xəstənin vəziyyəti pisləşir, həm də o, başqalarını yoluxdurur:

“Analiz cavablarında COVİD-19-a yoluxmadığı təsdiqlənən insanların rayonlara gedişi bərpa olmalıdır. Bakıda sıxlığı azaltmaq üçün bu addım atılmalıdır. Bakıda yoluxma çoxdur və bunun qarşısını almaq lazımdır”.

Həkim bildirib ki, iki dəfə tətbiq edilən həftəsonu sərt karantin heç bir effekt vermədi. Bunu davam etməyin mənası yox idi:

“Ancaq hesab edirəm ki, iki həftəlik karantin, müəyyən sərtləşdirmələr və məhdudiyyətlər effekt verəcək”.

0