Yoldakı quyuları doldurub rayona qaçanları polis belə tutdu - VİDEO

ÖLKƏ
10:35 / 21.06.2020
3132

Ötən gün axşam saatlarında Bakının cənub çıxışında yəni Ələt qəsəbəsində qurulan polis postuna yaxın ərazidə sıxlıq yaşanıb. Belə ki, yüzlərlə avtomobil təxminən 8 saat müdətində tıxacda qalıb.

Sıxlığı görən və vəziyyətdən sui istifadə edənlər torpaq yola üz tutub. Hər bir sürücünün isə bir məqsədi vardı… Saat 12 olmamış postu keçmək…

APA TV xəbər verir ki, torpaq yolda sürücülərin qarşısına qazılmış quyular çıxıb. Onlar bu quyuları əlləri ilə basıdırıb ki, üstündən maşınları ilə rahatlıqla keçsin. Amm torpaq yoldan gələn hər bir sürücü və sərnişin polis əməkdaşları tərəfindən saxlanılıb.

Onlar barəsində protokol tərtib edilib.

Baş Dövlət Yol Polis İdarəsinin Yol Patrul Xidmətinin Şöbə Rəisi Sadin Əsgərov bildirdi ki, torpaq yoldan istifadə edən hər bir şəxs məsuliyyətə cəlb edilib. Ümumilikdə isə 200-ə yaxın sürücü barəsində protokol tərtib edilib.


Sürücülər isə bu yoldan istifadə etmələrinin səbəbini müxtəlif cür izah edirdi.

Magistral yolda qurulan postda isə sıxlığın əsas səbəbi sürücülərin kütləvi şəkildə rayona üz tutması olub. Postun əməkdaşları bildirir ki, bir çox vətəndaşın sənədi üzərində olmadığı üçün proses ləngiyir. Bu hal kütləvi olduğu üçün sıxlıq uzunmüddətli olub.

Bəzi sürücülər isə avtomobilini yol kənarında saxlayaraq, postdan piyada keçməyə çalışıb.

Qeyd edək ki, Bakı Sumqayıt və Abşeron qeydiyyatında olan sürücü və sərnişinlər də payataxtı tərk etmək istəyib. Həmin şəxslər inzibati məsuliyyətə cəlb olunmaqla geriyə qaytarılıb.
 

1