“ASAN Xidmət əməkdaşları arasında koronavirusa yoluxma faktı qeydə alınmayıb”.
Hit.Az xəbər verir ki, bu barədə Modern.az-ın sorğusuna cavab olaraq, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN Xidmət) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnur Niftəliyev bildirib:
“Dövlət Agentliyi və “ASAN xidmət” mərkəzlərində koronavirus aşkarlanan əməkdaşımız yoxdur”.
Qeyd edək ki, respublikanın paytaxtı, o cümlədən digər şəhər və rayonlarda agentliyin strukturuna daxil olan ümumilikdə 19 ASAN Xidmət Mərkəzi, 2 ASAN Kommunal Mərkəzi fəaliyyət göstərir.