Covid-19 virusu ilə xəstəlik keçirmiş insanlarda bu infeksiyaya qarşı immunitet yalnız 2-3 ay qalır. Bu nəticəyə Çutsin Tibb universitetindən olan Çin alimləri gəliblər. Bu barədə məqalə «Nature Medicine» jurnalında dərc olunub.
Mütəxəssislər koronavirus infeksiyasının 37 simptomsuz halını öyrəniblər və müəyyən ediblər ki, artıq 8 həftədən sonra xəstəlik keçrmişlərin böyük qismində anticisim səviyyəsi aşığı düşür və bu zaman simptomsuz pasiyentlərdə anticisimlər müəyyən olunmur.
Belə ki, 8 həftəlik müşahidə müddətində anticisimin miqdarı simptomsuz xəstələrdə 81 faiz, simptomlu xəstələrdə isə 62 faiz azalır.
Alimlər qeyd edirlər ki, təkrar yoluxma - yalnız zaman məsələsidr və immunitet 2-3 aydan artıq qalmır.
Azpolitika.info