Azərbaycanda 165 nəfər  koronavirusa görə reanimasiyadadır

ÖLKƏ
13:13 / 22.06.2020
1207

Azərbaycanda indiyədək 12 729 nəfər koronavirusa yoluxub, onlardan 6 799-u sağalıb, 154-ü vəfat edib

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı iyunun 21-nə olan statistik göstəriciləri açıqlayıb.

HİT.Az xəbər verir ki, məlumata əsasən bu gün ölkədə 5 776 nəfər aktiv koronavirus xəstəsi var. Onlardan 165 nəfər reanimasiyada, 37 nəfər isə süni tənəffüs cihazındadır.

Qeyd olunub ki, dünən 4 947 test edilib. Yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar ümumilikdə 422 049 test aparılıb.

Xatırladaq ki, dünən Azərbaycanda daha 491 nəfər koronavirusa yoluxub, 283 nəfər sağalıb, 6 nəfər isə vəfat edib. Ölkədə indiyədək 12 729 nəfər koronavirusa yoluxub, onlardan 6 799-u sağalıb, 154-ü vəfat edib.

0