Azərbaycan vətəndaşlarının Gürcüstandan təxliyyəsi başlanır - FOTO

ÖLKƏ
10:17 / 22.06.2020
1245

Gürcüstandan təxliyyə ediləcək Azərbaycan vətəndaşlarından koronavirusla bağlı testlərdən götürülür.

HİT.Az APA-ya istinadla xəbər verir ki, təxliyyəsi planlaşdırılan 178 Azərbaycan vətəndaşından bu gün səhər saat 08:00-dan PSR testlərinin götürülməsinə başlanılıb.

Səfirlikdən verilən məlumata görə, analizlərin cavabı günün sonunadək açıqlanacaq və neqativ cavab alan şəxslər iyunun 23-də, saat 10-da Azərbaycanın Gürcüstandakı səfirliyinin binasının qarşısından xüsusi avtobuslarla “Sınıq körpü” sərhəd-keçid məntəqəsinə gətiriləcəklər.

Təxliyyə olunacaq şəxslərin Azərbaycanda karantində saxlanılmayacağı bildirilib.

Test cavabı müsbət olanlar isə Gürcüstanda xəstəxanalara yerləşdiriləcək.

0