Bəxtiyar Hacıyev Bakı Şəhər Baş Polis İdarəsində - Fazil Mustafanın şikayətiylə dindirilir

ÖLKƏ
16:12 / 22.06.2020
1302

Bu gün ictimai fəal Bəxtiyar Hacıyev səhər saatlarından Bakı Şəhər Baş Polis İdarəsinə çağırılıb.

Bu barədə onun vəkili Aqıl Layıc "Facebook" hesabında bildirib. O qeyd edib ki, hazırda polis idarəsinin qarşısında onu gözləyir.

“Rəis heyətindən zəng edərək bildirdilər ki, qısa zaman ərzində Bəxtiyar inzibati binadan çıxacaq. Qeyd edim ki, xeyli müddətdir məni onun yanına buraxmırlar”.

B.Hacıyevin deputat Fazil Mustafanın şikayəti əsasında dindirildiyi bildirilir.

1