Baş redaktor və ailə üzvləri koronavirusa yoluxdu

ÖLKƏ
16:19 / 22.06.2020
2927

"Kaspi" qəzetinin baş redaktoru İlham Quliyev və onun ailə üzvləri koronavirusa yoluxub.

HİT.Az xəbər verir ki, bu barədə İ.Quliyev  "Facebook" hesabında məlumat verib:

"Əziz dostlar!

Koronavirus infeksiyası ilə mübarizə aparan xəstələrin sırasına mən və ailə üzvlərim də qoşuldu. Kompüter tomoqrafiyası ilə aparılan müayinələr ağciyərlərimin hər iki payında buzlu şüşə aşkarladı. Müalicə "Neftçilər" xəstəxanasında davam etdirilir.

Çətinliklərə və ağrılara baxmayaraq, nikbinlik. Tezliklə virusla mübarizəni qazanıb, normal həyata qayıdacağımıza inanırıq.

Özünüzü qoruyun!"

0