Dağıstan sərhədindəki azərbaycanlılarla bağlı AÇIQLAMA

16:31 / 22.06.2020
1354

Azərbaycan-Rusiya sərhədində müvəqqəti çadır düşərgəsində yerləşdirilmiş azərbaycanlılarla bağlı xəbər var.

Rusiya KİV-i xəbər verir ki, Dərbənd rayonunun Kullar kəndi ərazisində məskunlaşan azərbaycanlılar üçün yeni çadırların quraşdırılması nəzərdə tutulub.

Bu barədə Dərbənd rayonunu icra başçısı Fuad Şixiyev açıqlama verib.

“Hazırda çadır düşərgəsində Azərbaycan tərəfdən gələn nümayəndələrlə görüş keçirilir. Görüşdə Azərbaycan fövqəladə hallar nazirinin 1-ci müavini və s. şəxslər iştirak edir. Səfərin məqsədi yaşamaq üçün əlavə yerlərin hazırlanması, həmçinin, vətəndaşların qaldıqları şəraitlə tanış olmaqdır”.
 
Fuad Şixiyev hazırda Kullar kəndində 600-dən çox azərbaycanlının olduğunu və onların Azərbaycan tərəfdən təsdiq olunmuş siyahı üzrə vətənlərinə göndərildiyini deyib.

1
Modern.az