Xəbər verdiyimiz kimi, Bakıda ötən gün Su Kanal İdarəsinin Qəza-Bərpa xidmətinin sahə rəisi, 1967-ci il təvəllüdlü Əlqamət Zeynalovu 1986-cı il təvəllüdlü Seymur Abbasov idarə etdiyi “Mercedes” markalı 99-VJ-026 dövlət qeydiyyat nişanlı avtomobillə vurub.
HİT.Az xəbər verir ki, “MediaPost"un apardığı araşdırmalar nəticəsində Seymur Abbasova məxsus 99-VJ-026 dövlət qeydiyyat nişanı “Niva” markalı avtomobildə də olub. Sözügedən avtomobil də şəhərin müxtəlif yerlərində görüntülənib.
Mərhumun yaxını “MediaPost”a açıqlamasında bildirib ki, Seymur Abbasov idarə etdiyi “Mercedes” markalı 99-VJ-026 dövlət qeydiyyat nişanlı avtomobillə onu vurduqdan sonra hadisə yerindən qaçıb.