Deputatların koronavirus testinin nəticələri açıqlandı (Yenilənib)

ÖLKƏ
13:30 / 23.06.2020
1426

Millət vəkillərindən Siyavuş Novruzov, Tahir Rzayev, Vüqar İsgəndərov, Məşhur Məmmədov, Tahir Kərimli, Sabir Hacıyev və digərləri Modern.az-a açıqlamalarında koronavirus testinin nəticələrinin neqativ çıxdığını bildiriblər.

***

Milli Məclisin deputatlarının və Milli Məclis Aparatının əməkdaşlarının koronavirus testinin nəticələri açıqlanıb.

Unikal.org xəbər verir ki, testin nəticələri ilə bağlı deputatların və Milli Məclis Aparatının əməkdaşlarının mobil telefonlarına müvafiq bildiriş gəlib.

HİT.AZ xəbər verir ki, məlumatı "Report"a deputat Tahir Kərimli də təsdiqləyib. O bildirib ki, özünün koronavirus testinin nəticəsi neqativ çıxıb.

Milli Məclisin deputatlarının və Milli Məclis Aparatının əməkdaşlarının koronavirus testinin nəticələri ilə bağlı parlamentin Mətbuat və İctimaiyyətlə əlaqələr şöbəsindən geniş məlumat veriləcək.

0