Azərbaycan və Rusiya prezidentlərinin əldə etdikləri razılığa uyğun olaraq, bu gün Dağıstan respublikasının rəhbəri Vladimir Vasilyev Azərbaycan baş nazirinin müavini Şahin Mustafayevlə telefon danışığı aparıb.
Əldə olunmuş razılığa əsasən, daha 250 Azərbaycan vətəndaşı bu gün Dağıstandakı "Yaraq-Qazmalar” sərhəd-keçid məntəqəsindən vətənlərinə buraxılacaq.
Bundan başqa, tərəflər sərhəddə gözləyən vətəndaşların yaşayış və qida məsələsini birgə həll etmək barədə razılaşıblar. İyunun 25-də 450 Rusuya vətəndaşı da Azərbaycandan Dağıstana keçəcək.
Modern.az