Deputat koronavirus testinin nəticəsini açıqladı

ÖLKƏ
18:05 / 23.06.2020
893

Deputat Erkin Qədirlinin iyunun 21-də verdiyi koronavirus testinin nəticəsi neqativ çıxıb.

HİT.Az xəbər verir ki, bununla bağlı feysbukda məlumat paylaşıb.

Qeyd edib ki, bundan əvvəl 2 dəfə test versə də nəticəsini paylaşmayıb: "O zaman durum indiki qədər ağır deyildi. Bu gün isə nəticəmi paylaşdım ki, mənimlə ünsiyyətdə olmuş hər kəs rahat ola bilsin".

Xatırladaq ki, sözügedən tarixdə test vermiş deputatların bəzilərinin nəticəsi artıq SMS vasitəsilə onların mobil telefonlarına göndərilib. Nəticələr daha çox pozitivdir. Eyni zamanda, bir neçə deputatda testin nəticəsinin pozitiv çıxdığı və onların artıq müalicə almağa başladığı barədə də məlumat yaymışdıq. Hələ ki, həmin deputatların adı ictimaiyyətə açıqlanmır.

0
Qafqazinfo.az