Avtobuslarda şəffaf arakəsmələr niyə yoxdur? - VİDEO

ÖLKƏ
21:04 / 23.06.2020
1065

Nazirlər kabinetinin qərarı ilə ictimai nəqliyyatda şəffaf arakəsmələrin tətbiqi vacibdir. Amma təəssüf ki, sərnişindaşıma ilə məşğul olan nəqliyyat vasitələrində belə arakəsmələrə artıq az rast gəlinir.

Baku.Tv xəbər verir ki, pandemiyanın yayılma arealını minimuma endirmək məqsədi daşıyan bu qoruyucu arakəsmələr ya ümumiyyətlə yoxdur, ya da zədələnərək arakəsmə rolunu oynamaqdan çıxıb. Sürücülər arasında apardığımız sorğudan isə belə başa düşülür ki, onlar karatində baş tutan yumşaldılmaları yanlış dəyərləndiriblər. Xüsusən də 60 nömrəli marşurt avtobuslarında.

Taksi fəaliyyəti göstərən avtomobillərdə isə vəziyyət ürəkaçan olsa da, onlar arasında da qaydalara əməl etməyənlərə rast gəlinir. Məsələ ilə bağlı Bakı Nəqliyyat agentliyindən bildirildi ki, qaydalarla bağlı daşıyıcılara xəbərdarlıq edilib.

“Biz daşıyıcılara şəffaf arakəsmələrlə bağlı göstərişlər vermişik. Əməl etməyənlərə yenidən xəbərdarlıq olunur. Taksilərlə bağlı onu qeyd edim ki, şəffaf arakəsmələri olmayan taksilərə fərqlənmə nişanı verilmir“, – deyə BNA sözçüsü Mais Ağayev qeyd edir.

1