Koronavirusa yoluxan deputat: Yadplanetlilərə bənzəyən həkimlər... 

ÖLKƏ
10:30 / 24.06.2020
1150

“Mən artıq sağalmaq üzrəyəm", - deyə bilərəm. Və heç şübhəsiz ki, bu, həkimlərimizin, tibb işçilərimizin zəhmətinin nəticəsidir. Geyimlərindən yadplanetlilərə bənzəyən bu insanlar davranışlarıyla doğmadan da doğma planetlilərdirlər".

HİT.Az xəbər verir ki, bunu koronavirusa yoluxan deputat Sahib Alıyev “Facebook” hesabında yazıb:

"Təsəvvür edin ki, yayın bu istisində əyinlərində skafandrabənzər geyimlə 8 saat müddətində yemək yeməmək bir yana, bir damla belə su içmədən ağzınadək xəstələrlə dolu olan klinikada hər kəsin qayğısına qalmaq, hər bir xəstəylə mehriban davranmaq sadəcə peşəkarlığa yox, həm də insanlığa bağlı məsələdir. Bu, fədakarlıqdır!”

Sahib Alıyev "Yeni Klinika"da müalicə alır.

Qeyd edək ki, Milli Məclisin daha bir neçə deputatı koronavirusa yoluxub, lakin onların adı hələ ictimaiyyətə açıqlanmayıb. 

1