Bakının bu küçəsində zibili yandırır, yaşıllığı məhv edirlər - FOTO, VİDEO

ÖLKƏ
19:07 / 24.06.2020
1415

Bakının Xətai rayonunda, Nəsrəddin Tusi küçəsində məşiət tullantılarını hələ də ötən əsrin 90-cı illərində olduğu kimi yandırırlar.

HİT.Az xəbər verir ki, bununla əlaqədar Cebhe.info-ya müraciət edən, foto və video materiallar göndərən N.Tusi küçəsi 21-in sakinləri ərazidə təmizliyə nəzarət edən 87 saylı Mənzil Kommunal İstismar Sahəsinin (MKİS) fəaliyyətindən narazılıq edblər.

“Artıq neçənci dəfədir ki, taxta materiallarını və ağac qırıntılarını zibil yeşiklərinin yanına yığıb yandırırlar. Alovun təsirindən həyətdəki ağaclar yanıb məhv olur. Hər gün zibil daşınır. Ancaq yenə kənara taxta qırıntıları, ağac kötükləri atıb yandırırlar. Ətrafı tüstü iyi bürüyür. Evdə oturmaq olmur. Zivəyə asılmış paltar kül, yanıq iyi verir. Xətai rayon İcra Hakimiyyətinə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət edirik. Bu qanunsuzluğun qarşısı alınsın. Bu gün də həmin yerə toplanmış taxta, ağac tullantılarını yandıracaqdılar. ”JEK”ə müraciət etdik, onlar gəlib baxış keçirdilər. Zibili yandırmaq istəyənlər çıxıb getdilər. Amma zibil tullantıları hələ də orada qalır. Koronavirus epidemiyası ilə əlaqədar karantin elan olunub. İnsanlar evlərində oturmaq məcburiyyətindədir. Lakin bəzi məsuliyyətsiz insanların qanunsuz əməlləri üzündən təmiz havadan da məhrum olmuşuq. Zibili yandırırlar, tüstü evlərimizə dolur. İsti yay günlərində qorxumuzdan pəncərəni aça bilmirik. Aidiyyati qurumlar buna bir əncam çəksinlər”-deyə, sakinlər bildirib.

0