Azərbaycanda bir neçə polis əməkdaşı koronavirusdan sağalaraq evə buraxılıb.
HİT.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov “Report”un sorğusuna cavab olaraq bildirib.
O qeyd edib ki, hazırda koronavirusa yoluxan polis əməkdaşları müalicələrini davam etdirirlər:
“Bildiyiniz kimi, xidmətdə olan zaman polis əməkdaşlarından koronavirusa yoluxanlar da oldu. Onlardan sağalıb evə buraxılanlar da var, hazırda xəstəxanalarda müalicə alanlar da var. Lakin həmin polis əməkdaşlarının sayını deyə bilmərəm”.