Bu yolda artıq işıqfor var (FOTO)

ÖLKƏ
12:09 / 24.06.2020
1223

Xəzər rayonu Binə qəsəbəsinin mərkəzi hissəsi hesab olunan Əli İsazadə və Fuad Aynulov küçələrinin kəsişməsində monitorinqlər aparılıb. 

HİT.Az BNA-ya istinadən xəbər verir ki, kəsişmədəki eyni səviyyəli piyada keçidinin tənzimlənməməsinin nəqliyyat vasitələrinin hərəkətində gecikmələr yaratdığı və piyadaların həyatları üçün də böyük risk olduğu müəyyən edilib.

Sözügedən yol kəsişməsində işıqfor obyektləri quraşdırılıb. Dirəklərinə görmə məhdudiyyətli şəxslər üçün xüsusi səs qurğuları da qoyulub.

0