Azərbaycanda bu klinikalarda koronavirus testi vermək mümkündür

ÖLKƏ
18:34 / 24.06.2020
1001

Referans Klinik Laboratoriya Mərkəzində koronavirus testinin götürülməsi dayandırılıb.

HİT.Az xəbər verir ki, bir neçə gün öncə klinikada koronavirus testi vermiş vətəndaşa nəticə neqativ göndərilsə də, TƏBİB-ə cavab pozitiv təqdim edilmişdi. Daha sonra xəstəxana məlumat yayaraq Mərkəzin qeydiyyat şöbəsinin əməkdaşı tərəfindən texniki səhvə yol verildiyini və pasiyentə nəticənin mənfi kimi çap olunaraq təqdim olunduğunu bildirmişdi.

Qazet.az-ın suallarını cavablandıran TƏBİB-in sözçüsü Rəvanə Əliyeva bildirib ki, hazırda COVID-19-a görə müayinələr İnci laboratoriyası və “Memorial Klinik”də aparılır.

Qeyd edək ki, həmin laboratoriyaların müayinəyə görə nəticələri dövlət tərəfindən təsdiqlənib. Müayinələri aparan klinikalar özəl olduğundan testlərin qiymətləri də onların özləri tərəfindən müəyyən edilib. Bu klinikalar xarici ölkələrə uçuş üçün müəyyən edilsə də, istənilən şəxs müayinə üçün həmin müəssisələrə müraciət edə bilər.

0
Qazet.az