Millimizin futbolçusunun anası koronavirusdan öldü

ÖLKƏ
14:09 / 24.06.2020
1207

Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət milli komandasının üzvü Amin Seydiyevə ağır itki üz verib.

HİT.Az "Report"a istinadla xəbər verir ki, gənc müdafiəçinin anası Şəhla xanım koronavirusdan müalicə aldığı Sabirabad xəstəxanasında bu gün vəfat edib.

Oyunçunun özü isə ondan götürülən analizin nəticəsi neqativ çıxdığı üçün karantinə alınmayıb.

Seydiyev ailənin tək oğludur.

Qeyd edək ki, "Qəbələ" Futbol Akademiyasının yetirməsi olan Amin Seydiyev yeni mövsümdən "Sabah"da çıxış edəcək.

Allah rəhmət eləsin!

0