Prezident və Birinci vitse-prezident Gəncədə modul xəstəxananın açılışını etdi - FOTO (Yenilənir)

ÖLKƏ
17:31 / 24.06.2020
1883

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban bu gün Gəncə Dövlət Dram Teatrının yeni binasının tikintisi ilə tanış olublar.

HİT.Az bildirir ki, dövlətimizin başçısına və birinci xanıma binada aparılan tikinti işləri barədə məlumat verilib.

***

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iyunun 24-də Gəncədə “Şah Abbas” və “Uğurlu Xan” karvansara kompleksinin bərpadan sonra istifadəyə verilməsi mərasimində iştirak ediblər.

HİT.Az xəbər verir ki, dövlət başçısına və birinci xanıma kompleksdə yaradılan şərait barədə məlumat verilib.

***

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iyunun 24-də Gəncə şəhərində modul tipli xəstəxananın açılışında iştirak ediblər.

HİT.Az xəbər verir ki, dövlət başçısı və birinci xanım xəstəxanada yaradılan şəraitlə tanış olduqdan sonra bir qrup tibb işçisi ilə görüşüblər.

Prezident İlham Əliyev görüşdə çıxış edib.

***

İyunun 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Gəncə şəhəri ərazisində Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) tərəfindən inşa edilən yaşayış kompleksinin tikintisi ilə tanış olublar.

HİT.Az xəbər verir ki, dövlətimizin başçısına və Birinci vitse-prezidentə tikinti işlərinin gedişi barədə məlumat verilib.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva iyunun 24-də Gəncədə “NB Satınalma və Ticarət” MMC-nin süni mərmər və qranit istehsalı zavodunun açılışında iştirak ediblər.

Hİt.Az xəbər verir ki, dövlətimizin başçısına və Birinci vitse-prezidentə müəssisənin fəaliyyəti barədə məlumat verilib.

Prezident İlham Əliyev zavodu işə salıb.

1