Keçmiş deputat Rafael Cəbrayılovdan yeni Baş prokuror Kamran Əliyevə şikayət ediləcək.
Hit.Az xəbər verir ki, yenisabah.az-a daxil olan məlumata görə, Rafael Cəbrayılovun borclu olduğu şəxslər artıq keçmiş deputatla bağlı qəti tədbirlər görülməsinə nail olmaq üçün yaxın günlərdə hərəkətə keçməyi planlaşdırırlar.
Məlumatda bildirilir ki, onların sayı 8 nəfərdir. Həmin şəxslərin adlarını və keçmiş deputatın onların hər birinə olan borcunun məbləğini təqdim edirik:
Məlahət Qurbanova - 580 000 dollar
Təranə Fətəliyeva - 300 000 dollar
Xatirə Nəcəfova - 200 000 dollar
Yusif Orucov - 200 000 dollar
Aynur Kazımova -100 000 dollar
Şəfa Məmmədova - 80 000 dollar
Bəşir Məmmədov - 60 000 dollar
Allahverdi Səfərəliyev - 30 000
Beləliklə, Rafael Cəbrayılovun bu şəxslərə toplam olaraq 1 350 000 dollar borcu var. Bu Azərbaycan valyutası ilə 2 295 000 manat edir.
Bildirlir ki, borclular dəfələrlə keçmiş deputatdan pullarını tələb etsələr də, hər dəfə şirin vədlərlə aldadılıblar. Hətta Rafael Cəbrayılov borcluların müvafiq qurumlara şükayət etməməsi üçün villasını satışına çıxardığını deyərək, kirayə ev tutub. Lakin sonradan bəlli olub ki, keçmiş deputat onları aldadıb.
Borclular məsələ ilə bağlı Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə müraciət ediblər. Müraciətdən sonra Rafael Cəbrayılov idarəyə çağırılıb. Keçmiş deputat orada əlində pul və əmlak olmadığını desə də, borcunu qaytaracağını vəd edib. İdarədən isə şikayətçilərə məsələnin hərtərəfli araşdırılacağı və müvafiq tədbir görüləcəyi bildirilsə də, koronavirus pandemyası məsələni arxa plana keçirib. Borclular artıq səbr etmək fikrində deyillər.
Xatırladaq ki, Xatırladaq ki, Rafael Cəbrayılov ayrı-ayrı vətəndaşlardan külli miqdarda borc alıb. Borcu vaxtında qaytaracağına zəmanət olaraq III və IV çağırış deputat vəsiqəsini girov qoyub. Vədinə əməl etmədiyinə görə onun borclu şəxslər məsələni ictimailəşdirib. Bu məsələ ictimai rezonansa səbəb olub və Rafael Cəbrayılov deputat mandatından imtina etmək məcburiyyətində qalıb.