Türkiyədə toylara icazə verildi - Gəlin və bəydən başqa heç kim...

ÖLKƏ
17:51 / 24.06.2020
1243

Türkiyədə toy mərasimlərin keçirilməsinə iyulun 1-dən etibarən icazə veriləcək.

“Hürriyət”in xəbərinə görə, Türkiyənin Daxili İşlər Nazirliyi qərarla bağlı icra hakimiyyətlərinə göndərdiyi təlimatda yoluxma riskini azaltmaq üçün toyların mümkün olduqca qısa vaxtda və açıq havada keçirilməsi tapşırılıb.

Təlimata görə, toy məkanlarının girişlərində və masalarda dezinfeksiyaedici maddələr qoyulacaq, maska taxmaq məcburi olacaq. Nikah salonlarında sosial məsafə qaydalarına uyğun olaraq, masalar arasında məsafə ən az 1,5 metr, stullar arasında 60 santimetr olacaq. Bununla yanaşı qarşılanma və vida əsnasında əllə görüşməyə, kollektiv foto çəkilişlərə də icazə verilməyəcək.

Gəlin və bəyin rəqsi istisna olmaqla, heç bir rəqs və şouya icazə verilməyəcək.

Kənddə və ya küçədə keçirilən toylarda yemək üçün birdəfəlik istifadə üçün nəzərdə tutulan qablara üstünlük veriləcək.

0
Modern.az