Azərbaycanda nikaha girənlər kəskin azalıb - RƏQƏMLƏR

18:51 / 25.06.2020
1005

Azərbaycanda nikaha daxil olmaq istəyənlərin sayı kəskin azalıb.

HİT.Az xəbər verir ki, bu barədə Modern.az-a məlumat verən Elmi-Tədqiqat Hematologiya və Transfiziologiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyeva bildirib ki, 5 ay ərzində 32 113 nəfər nikaha daxil olmaq üçün müayinə olunub.

Karantin rejimi elan olunmasına baxmayaraq, təkcə 2020-ci ilin may ayında nikaha daxil olmaq istəyən 5979 nəfər müayinədən keçib:

“Onlardan 182 nəfərində talassemiya daşıyıcılığı, 32 nəfərdinə sifilis, 10 nəfərində QİÇS xəstəliyi, hər ikisində talassemiya daşıyıcılığı olan 2 cütlük aşkarlanıb”.

Müqayisə üçün xatırladaq ki, 2019-cu ilin may ayında nikaha daxil olmaq üçün 13062 nəfər müayinə olunmuşdu. Onlardan 382 nəfərdə talassemiya daşıyıcılığı, 12 nəfərdə sifilis, 4 nəfərdə QİÇS xəstəliyi, hər ikisində talassemiya daşıyıcılığı olan 4 cütlük aşkarlanmışdı. Rəqəmlərdən də göründüyü kimi, ötən ilin müvafiq dövrü ilə müqayisədə nikaha daxil olmaq istəyənlərin sayı 7083 nəfər azalıb.

1