Yasamal qəbirstanlığındakı zibillik nə vaxt təmizlənəcək?

ÖLKƏ
19:08 / 14.05.2020
914

Yasamal rayonunda yerləşən qəbirstanlıqda doğmaları dəfn edilən bir qrup vətəndaş qəbirstanlığın arxa hissəsinə tikinti materiallarının tökülməsi ilə bağlı ATV XƏBƏRƏ müraciət edib. Həmin müraciəti araşdırmaq üçün əməkdaşlar deyilən əraziyə baş çəkib. Əraziyə həqiqətən də müxtəlif tikinti materialları və tullantıların atıldığı məlum olub.

Yasamal rayon bələdiyyəsinin sədr müavini Zakir Cəfərov bildirib ki, bələdiyyə qəbirstanlıq ərazisini 2019-cu ildən təhvil alıb. Tullantılar isə həmin vaxta qədər əraziyə tökülüb:

"Bu zibili vaxtilə töküblər, özünüz görürsüz köhnə zibildi, torpağı özümüz gətiririk ki, onların üstün örtək, gələcəkdə abadlaşdıraq. Üstünü örtüb, qalın topaq verəcəyik ki, ağac əkib yaşıllıq zonası salacağıq".

 

1