"Əgər Mərkəzi Bank tərəfindən əmanət qəbuluyla bağlı qadağa banka gedirsə, biz istərdik ki, sistem olaraq o qadağa bizdə də görünsün".
HİT.Az "Qafqazinfo"ya istinadla xəbər verir ki, bunu Əmanətlərin Sığortalanması Fondunun icraçı direktoru Tural Piriyev bu gün keçirdiyi mətbuat konfransında deyib. O qeyd edib ki, bu zaman daha həssas davranmaq tələb olunacaq:
"Biz bu halda bankla müəyyən danışıqlar apara bilərik. Bankların bəziləri də əmanət qəbulunu fonddan da gizlədib, amma bu məsələni araşdırırıq".
T. Piriyev vurğulayıb ki, son 4 bankla bağlı hüquq-mühafizə orqanlarına müraciət olunacaq.