Əməkdar artist Aygün Bəylər "Nanəli" verilişində şəxsi həyatı haqqında açıqlamalar verib.
Bir müddət əvvəl ikinic dəfə ailə quracağı barədə xəbər yayılan Aygün Bəylər həyatında heç kimin olmadığını deyib:
"Həyatda tək yaşayan qadınlar var. Sevginin özü elə ayrılıqdır, yaxud da ayrılıq özü sevgidir. Ona görə də insan ayrılıqla barışmaq məcburiyyətində olur. Ağlasan da, sızlasan da, tək yaşasan da sonda belə nəticəyə gəlirsən ki, bu, Allahın yazısıdır. Onu yaşamaq lazımdır. Aygün Bəylər kimi yaşayanlar da var. Ayrılığı yaşamaq çox çətindir. Yaxşı ki, sənət var. Beynimizdə musiqi ilə yaşayırıq".
Əməkdar artist aparıcının "Oxuduğunuz mahnılar həyatınıza aiddirmi?" sualına belə cavab verib: "İfa etdiyim mahnılar əvvələr yaşadıqlarıma aid olmayıb. Amma hiss eləmişəm ki, o hisslər kiminsə yaşadığı duyğudur. Mən indi o hissləri yaşayıram"
Qeyd edək ki, bir müddət əvvəl mətbuatda Aygün Bəylərin ikinci dəfə ailə quracağı haqda xəbərlər yayılmışdı. Onun azərbaycanlı nazirlərdən birinin əmisi oğlu ilə ailə qurduğu və cütlüyün kəbin kəsdirdiyi qeyd edilmişdi. Amma müğənni yayılan xəbərləri yalanlamışdı.