Dənizçilərimizdən maraqlı fleşmob – VİDEO

ÖLKƏ
23:00 / 25.06.2020
1193

Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”nin (ASCO) dənizçiləri 25 iyun “Dənizçi Günü” ilə bağlı maraqlı fleşmob keçiriblər.

HİT.Az xəbər verir ki, dənizçilərimiz dənizdə üçrəngli bayrağımızı açıblar, ASCO-nun Xəzər Dəniz Neft Donanmasının “Üfüq” və “Turan” gəmilərinin şleyfi vasitəsilə ürək forması canlandırıblar. Beləliklə də doğma vətənlərinə olan sevgilərini nümayiş etdiriblər.

Manevrlər “Üfüq” gəmisinin kapitanı Bəhram Ağayevin, “Turan” gəmisinin kapitanı Seyfəddin Qasımovun, hamiyəçi kapitan Eldar Kərimovun, eləcə də heyət üzvlərinin yüksək peşəkarlığı sayəsində mümkün olub.

0