Qazaxın yeni prokuroru kimdir? - DOSYE (FOTO)

16:35 / 25.06.2020
2236

Xəbər verdiyimiz kimi Gözəlov Rauf Rövşən oğlu Qazaxa prokuror təyin edilib.

HİT.Az onun tərcümeyi-halını təqdim edir:

Gözəlov Rauf Rövşən oğlu 12.09.1975-ci ildə anadan olub Bakı hərbi prokurorluğunun müstəntiqi, böyük müstəntiqi, Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinin mühüm işər üzrə müstəntiqi, həmin İdarənin Kriminalistika şöbəsinin prokuroru, Dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru vəzifələrində qulluq keçib

Xidməti vəzifələrini layiqincə yerinə yetirdiyinə görə Azərbaycan Respublikası Baş prokurorunun və Hərbi prokurorunun müvafiq əmrləri ilə dəfələrlə mükafatlandırılmışdır. Ədliyyə polkovnik-leytenantıdır.

0
Metbuat.az