“Dərman adı çəkə bilmərəm, yoxsa apteklərdə bitə bilər” – TƏBİB rəsmisi

ÖLKƏ
08:32 / 26.06.2020
1411

"Evdə koronavirusla əlaqəli sadəcə az simptomlu vətəndaşların müşahidəsini aparmağı düşünürük. Onların xüsusi müalicəyə ehtiyacı olmayacaq”.

Bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin kontrolu və profilaktikası şöbəsinin müdiri Yaqut Qarayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.

O. təəssüflə qeyd edib ki, bu gün bütün dünyada virusun spesifik müalicəsi yoxdur. "Bizim istifadə etdiyimiz dərman preparatları da sırf simptomların aradan götürülməsi üçün nəzərdə tutulub. Bir mütəxəssis olaraq hər hansı dərman adı çəkə bilmərəm, yoxsa apteklərdə bitə bilər.

Əgər simptom yoxdursa, dərman istifadəsi də lazımsızdır. Nəzərə alın ki, bir dərmanın xeyri qədər ziyanı da var. Dərmanların həkim təyinatı və nəzarəti olmadan qəbulu ciddi fəsadlara gətirib çıxara bilər”.

Onun sözlərinə görə, evdə təcrid olunacaq xəstələrin vəziyyətinin qiymətləndirilməsi üçün xüsusi cədvəl hazırlanıb.

0
Anews.az