Birinci vitse-prezident Mehriban Əliyeva Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan xalqını təbrik edib.
HİT.Az xəbər verir ki, Birinci vitse-prezident Mehriban Əliyevanın rəsmi "Instagram" səhifəsində edilən paylaşımda deyilir:
"Ölkəmizin bütün hərbi qulluqçularını və veteranlarını təbrik edirəm! Hər kəsə möhkəm cansağlığı, Vətənimizə - sülh və əmin-amanlıq arzulayıram!"