"Repititor xidmətini göstərən şəxsin əvvəl dərs keçdiyi yerə getməsi və evində repititor kimi fəaliyyət göstərməsi üçün "icaze.e-gov.az” portalında qeydiyyatdan keçməlidir".
Hit.Az xəbər verir ki, bunu təhsil eksperti Kamran Əsədov xüsusi karantin rejimi çərçivəsində tətbiq edilən repititor xidməti ilə bağlı məhdudiyyətin aradan qaldırılmasından danışarkən deyib.
Onun sözlərinə görə, fəaliyyətinə icazə verilən sahələrdən biri fərdi tədris və repetitor xidmətlərin (qrupda ən çoxu 10 şagird olmaqla) 2 vacib məqam var:
1. Repititor xidməti göstərən şəxsin dərs keçdiyi yerə getməsi və ya evində xidmətin göstərilməsi,
2. Şagirdlərin repititor xidməti almaq üçün müəllimin - repititorun yanına getməsi.
Nazirlər Kabinetinin qərarında deyilir ki, məhdudiyyətlər aradan qaldırılan sahələrdə işləyən şəxslər barədə məlumatlar işəgötürən tərəfindən elektron imzadan istifadə edilməklə "icaze.e-gov.az” portalına daxil edildikdən sonra onların hərəkətinə yol verilir.
Deməli, repititor xidmətini göstərən şəxsin əvvəl dərs keçdiyi yerə getməsi və evində repititor kimi fəaliyyət göstərməsi üçün "icaze.e-gov.az” portalında qeydiyyatdan keçməlidir. Şagirdlərin repititor xidməti almaq üçün müəllimin yanına getməsi üçün isə gün ərzində 8103-ə 2 rəqəmini yazaraq gündə yalnız bir dəfə 3 saatlıq gedə bilər.
Müəllim gün ərzində istədiyi qədər repititor kimi fəaliyyətini davam etdirə bilər, bir şərtlə ki, "icaze.e-gov.az” portalında qeydiyyatda olsun, amma şagird gün ərzində bu xidmətdən yalnız 1 dəfə, ondan da 3 saat ərzində istifadə edə bilər".
Qeyd edək ki, xüsusi karantin rejimi çərçivəsində tətbiq edilən bəzi məhdudiyyətlərin 27 aprel 2020-ci il tarixindən aradan qaldırılması barədə Baş Nazir qərar imzalayıb.