Bakıda klinika ölmüş uşağın nəşini vermir - Anadan müraciət (VİDEO)

ÖLKƏ
16:38 / 26.06.2020
1918

'Bona dea İnternational Hospital" 8 min manata görə, uşağın nəşini girov saxlayır.

Bu barədə xəstəxanada rəhmətə gedən uşağın anası Elnurə Əsgərova məlumat verib: "Uşağım müalicə alırdı, dünyasını dəyişdi. İndi 8 min manat borcum qalıb deyə nəşi vermirlər. Deyirlər ki, pulu gətirməsən nəşi verməyəcəyik. Cənab Prezidentə, eyni zamanda, Mehriban xanım Əliyevaya müraciət edirəm. Vallah pulum yoxdu, borc içində batıram, hər şeyimi satmışam. Uşağım bu hospitalda dünyasını dəyişdi. Övladımın nəşini versinlər, aparım basdırım".

Elnurə Əsgərovanın videomüraciətini 7news.az-a istinadla təqdim edirik:

 

2