Bakı Şəhər Baş Polis İdarəsində yeni TƏYİNAT

ÖLKƏ
20:39 / 27.06.2020
3783

Bakı Şəhər Baş Polis İdarəsinə yeni rəis müavini təyin edilib.

Hit.Az strateq.az-a istinadən xəbər verir ki, Daxili İşlər Naziri general-polkovnik Vilayət Eyvazovun əmriylə bu vəzifəyə polis polkovniki Vüqar Ələkbərov təyin edilib.

1975-ci ildə anadan olan V.Ələkbərov Azərbaycan Polis Akademiyasını fərqlənmə diplomuyla bitirib, uzun müddət akademiyada müəllim, daha sonra isə BMCMİ-də mühüm vəzifələrdə işləyib.

Sonuncu təyinatına qədərsə BŞBPİ-nin Təşkilati-İnspektor İdarəsinin rəisi olub.

0