Heydər Əliyev Fondundan unikal layihə (VİDEO)

ÖLKƏ
17:45 / 09.05.2020
1051

Heydər Əliyev fondu ümummilli lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümü ilə əlaqədar unikal layihəyə start verib. Layihə nəinki Azərbaycanda, bütün dünyada ilklərdəndir. Koronavirus pandemiyası ilə əlaqədar olaraq bütün təhlükəsizlik tələblərinə ciddi riayət olunub. Gördüyünüz kimi, Heydər Əliyev Mərkəzinin zalı boşdur və tamaşaçılar yoxdur.

Düzdüz zal boşdur, Heydər Əliyev Mərkəzində əvvəlki konsertlərdə olduğu kimi insan izdihamı yaşanmır. Amma bu konsert də öz unikallığı ilə seçilir.

Biz hamımız böyük həvəslə, mən deyərdim ləzzətlə iştirak edirik. Məncə bu konsert unikal bir konsert olacaq. Əsas orda böyük zövq, böyük bəstəkarlar, böyük ifaçılar var. Bizim ən tanınmış ifaçılar və onlar əsl klassika ifa edirlər. Tofiq Quliyev, Üzeyir bəy, Qara Qarayev, Fikrət Əmirov, yəni şah əsərləri ifa edəcəklər. Bu çox maraqlı bir konsert olacaq, görərsiniz!

Azərbaycan indi elə bir səviyyəyə gəlib çıxıb ki, dünyada ilklərin çoxu elə Azərbaycanda olur. Buna görə bir Azərbaycanlı olduğuma görə fəxr edirəm. Belə konsertin olması da bir novator ideya idi. Və yəqin ki, tamaşaçılar da bəyənəcək. Yəqin ki axarıncı olar və dünya da bizdən örnək götürüb belə tədbirlər keçirər.

Bu bir az başqa çıxıdı, daha virtualdır. Çalışırıq ki, insanlara gözəl musiqi təqdim edək.

Yalnız səhnədə deyil, səhnə arxasında da qızğın iş gedir.

Heydər Əliyevin anadan olmasının 97-ci ildönümünə həsr olunan konsertdə 10-dan çox kompazisiya ifa olunacaq. Ən maraqlı məqam isə ondan ibarətdir ki, bu kompozisiyaları ifa edən ifaçılar, eyni zamanda onları müşayiət edən musiqiçilər virtual olaraq bu konsertə qoşulurlar. Yəni onlar ayrı-ayrı məkanlarda ifa edirlər, daha sonra onların ifaları sinxronlaşdırılır. Digər bir diqqət çəkən məqam isə, bu layihədə nəinki Azərbaycanın daxilindən sənətçilər, eyni zamanda Azərbaycan sərhədlərindən kənarda Rusiyada, Türkiyədə yasşayan Azərbaycanlı sənətçilər də bu konsertə virtual olaraq qoşulurlar. Qeyd edək ki, belə layihə digər ölkələrdə 1 aya hazırlanırsa, Azərbaycanda Heydər Əliyev fondu tərəfindən yalnız 1 həftəyə ərsəyə gəlib.

Geniş repertuara malik konsert proqramında xalq mahnıları və klassik əsərlər yer alır. Layihədə Fərhad Bədəlbəyli və Fuad İbrahimov "Dəniz", Azər Rza-zadə və Murad Adıgözəl-zadə "Sevgili canan", Samir Cəfərov "Sənə də qalmaz", kimi məşhur əsərləri səsləndirir.

REAL

0
Realtv.az