“Yol polisi köməkçilərimizin hərəkətinə icazə vermir” 

ÖLKƏ
12:20 / 29.06.2020
935

“Karantin vaxtı deputat köməkçilərinin sərbəst hərəkətinə icazə verilmir”.

Bunu deputat Aqil Abbas Milli Məclisin bu gün keçirilən iclasında deyib. O qeyd edib ki, deputat köməkçilərini yol polisi saxlayır və hərəkətinə icazə vermir:

“Onların sistemdə icazəsinin olmadığını bildirir. Təklif edirəm ki, deputat köməkçilərinin karantin vaxtı sərbəst hərəkətinə icazə verilsin”.

Spiker Sahibə Qafarova bildirib ki, deputat köməkçiləri onlayn işləyir:

“Ancaq bu məsələyə baxarıq”.

0
Modern.az