Mədəniyyət nazirliyində yoxlama aparılır.
HİT.Az-ın xəbərinə görə, Unikal.org-un əldə etdiyi məlumata bildirilir ki, Hesablama palatası sabiq nazir Əbülfəs Qarayevin işlədiyi dövrü təftiş edir.
Nəzərinizə çatdıraq ki, DTX-nin Mədəniyyət nazirliyində apardığı əməliyyat tətbirləri nəticəsində nazir müavini və idarə rəisləri rüşvət alarkən həbs olunublar.
Qeyd edək ki, bir il bundan öncə Hesablama Palatası nazirlikdə yoxlama aparıb.