SMS-icazədən istifadəyə limit qoyuldu  - DƏYİŞİKLİK

ÖLKƏ
13:07 / 29.06.2020
1909

Xüsusi karantin rejimində tətbiq edilən “SMS icazə” xidmətində dəyişiklik edilib.

HİT.Az-ın xəbərinə görə, Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (“Asan Xidmət”) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnur Niftəliyev bildirib ki, 2 həftəlik karantin rejimi tətbiq edilərkən “SMS İcazə” sistemi üzrə təlimata uyğun olaraq vətəndaşların hər iki koddan istifadə etməsi nəzərdə tutulmuşdu. “Lakin əvvəlcədən xəbərdarlıq edilmişdi ki, vətəndaşlar bundan sui-istifadə etməsinlər. Amma sui-istifadə halları olduğu üçün artıq SMS-icazə sisteminə limit qoyulub. Vətəndaşlar gündə yalnız bir dəfə icazə ala bilərlər”,-Niftəliyev bildirib.

Qeyd edək ki, bir neçə gün əvvəl 8103 SMS icazə sisteminin fəaliyyətində dəyişiklik edilib. Hazırda müvafiq kod üzrə müraciət olunduğu zaman cavab SMS-i 15 dəqiqə ərzində gəlir.

2