Azərbaycan dövlət sərhəddini pozan əcnəbi vəzifəli şəxsə rüşvət təklif etdi

ÖLKƏ
19:26 / 29.06.2020
1047

Azərbaycan dövlət sərhəddini pozan əcnəbi vətəndaş həbs edilib.


Demokrat.az-ın əldə etdiyi məlumata görə, İran İslam Republikasının vətəndaşı Rahimi Abbas Mohammad hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb.

İstintaq orqanı tərəfindən onun barəsində Cinayət Məcəlləsinin 312.2-ci (vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər (hərəkətsizlik) etməyə görə ona rüşvət vermə və ya təkrar rüşvət vermə), 318.1-ci (Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və ya dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda keçmə), 320.1-ci (hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma)və 320.2-ci (Bu Məcəllənin 320.1-ci maddəsində göstərilmiş bilə-bilə saxta sənədlərdən istifadə etmə) maddələri ilə ittiham elan edilib.

Nəsimi rayon Məhkəməsinin qərarı ilə Rahimi Abbas Mohammadin barəsində həbs qətimkan tədbiri seçilib.

Onun barəsində Baş Prokurorluğun İstintaq İdarəsində istintaq hərəkətləri davam edir.

0