Aztəminatlı vətəndaşlara yaşayış sahəsi veriləcək - Qanun təsdiqləndi

ÖLKƏ
16:11 / 29.06.2020
1003

Sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə Mənzil Məcəlləsi ilə müəyyən edilmiş qaydada sosial kirayə müqaviləsi əsasında yaşayış sahələri veriləcək.

HİT.Az-ın məlumatına görə, bu, Prezident İlham Əliyev tərəfindən bu gün təsdiqlənən “Uşaq hüquqları haqqında” qanuna edilən müvafiq dəyişiklikdə əksini tapıb.

Qanuna əsasən, sosial kirayə müqavilələri əsasında bu məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri veriləcək.

0