Daha bir məmur və ailəsi koronavirusa yoluxdu

ÖLKƏ
11:10 / 30.06.2020
1267

Şəmkirdə vəzifəli şəxs və ailəsi koronavirusa yoluxub.

HİT.Az-ın “Qafqazinfo”ya istinadla verdiyi xəbərə görə, Şəmkir rayon Təhsil Şöbəsinin müdiri Məcid Şıxlinksi və həyat yoldaşı, Cahangir Rüstəmov adına tam orta məktəbin direktoru, 1983-cü il təvəllüdlü Firuzə İmanova və onların orta məktəb şagirdi olan övladları da koronavirusa yoluxub.

Məlumata görə, vəziyyətləri yaxşıdır, buna görə də hazırda evdə təcrid olunaraq müalicələrini davam etdirirlər.

1951-ci il təvəllüdlü M.Şıxlinski əvvəllər C.Rüstəmov adına məktəbin direktoru olub.

0