Şirkət direktoru axtarışda - Akif Çovdarovun işində zərərçəkmiş olub

ÖLKƏ
12:41 / 30.06.2020
957

Azərbaycanda şirkət direktoru barəsində axtarış elan edilib.

HİT.Az-ın xəbərinə görə, bu barədə məlumat Bakı şəhər Baş Polis İdarəsinin saytında yerləşdirilib. 

Axtarış məlumatında qeyd olunub ki, Qarayev Ruslan Akif oğlu Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq - külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə təqsirli bilinərək barəsində məhkəmənin qərarı ilə həbsli axtarış elan edilib.

Qeyd edək ki, R. Qarayev “Baktel” MMC-nin direktoru olub.

Həmçinin o, ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) sabiq idarə rəisi, general Akif Çovdoruvun cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınıb.

0