Ramin Bayramlı istefa verib? - AÇIQLAMA

ÖLKƏ
19:12 / 30.06.2020
2763

"Ramin Bayramlının istefa verməsi barədə yayılan məlumatlar doğru deyil"

HİT.Az xəbər verir ki, bu fikri Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva deyib. O bildirib ki, Ramin Bayramlı iş başındadır:

"Bu gün koronavirusla mübarizə üçün başqa bir layihə ilə bağlı məşğuldur. İşlər gərgin olduğu üçün Ramin Bayramlı mətbuat konfranslarında iştirak edə bilmir. Burada başqa bir səbəb yoxdur. O "REACT" layihəsi çərçivəsində işlərlə ciddi məşğuldur. Tibb müəssisələrinə monitorinqlər həyata keçirilir və o, şəxsən özü bu işə nəzarət edir. Hazırda Ramin Bayramlı xəstəxanalarda xəstələrin vəziyyətini şəxsən nəzarətdə saxlayır”,-deyə Qarayeva bildirib. 

0