Azərbaycanda daha bir alim koronavirisdan öldü - FOTO

ÖLKƏ
09:20 / 01.07.2020
1204

Azərbaycanda daha bir tanınmış şəxs, elm xadimi COVID-19-dan dünyasını dəyişib.

“Report”un məlumatına görə, bu barədə Milli Məclisin deputatı, Elm və təhsil komitəsinin üzvü Tamam Cəfərova bildirib.

“Şamaxı ziyalısı, kənd təsərrüfatı elmləri üzrə fəlsəfə doktoru Ömərov Sahib Xancan oğlu koronavirus pandemiyası səbəbilə vəfat edib. Mərhuma Allahdan rəhmət, bütün şamaxılılara və Ömərovlar ailəsinə səbr diləyirəm”, - deyə o qeyd edib.

0