Sosial şəbəkədə azyaşlının xəstə qardaşına qarşı göstərdiyi nəvazişi əks etdirən görüntünün yayılması minlərlə insanın marağına səbəb olub.
Görüntülərdə yeriyə bilməyən və leykoz xəstəliyindən əziyyət çəkən azyaşlıya qardaşının sevinc hissi yaşatması öz əksini tapıb.
Masallıda yaşayan Sadiq adlı qardaşını çiyninə alaraq onunla futbol oynayan balaca uşağın bu fədakarlığı hamını duyğulandırıb.
Ayaq üstə dayanmaqda çətinlik çəkən azyaşlı qardaşının çiyinləri üzərində futbol oynayaraq arzusunu gerçəkləşdirmiş olub.
Qeyd edək ki,Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva azyaşlının müalicəsini öz üzərinə götürüb. Hazırda Sadiqin Mərkəzi Klinikada müalicəsi davam edir.
Baku.ws