Qadınlarımıza türməyə düşməyi yaraşdırmıram - Məhkum xanım (VİDEO)

ÖLKƏ
12:21 / 01.07.2020
1312

ARB TV-nin “Rezonans” proqramında bu dəfə Xalidə öz həyat hekayəsini danışıb.

HİT.Az xəbər verir ki, 11 illik həbs cəzası alan xanım məhkum deyib:

 “Bir tanışım var idi, onlara gedib-gəlirdim. Gördüm ki, şəraiti çox yaxşıdır. Soruşdum ki, nə işlə məşğulsan. Dedi ki, narkotik satıram. Mən də bunun qorxulu olub-olmadığını soruşdum. Mənə dedi ki, burda qorxulu heç nə yoxdur.

Sonra mən başa düşdüm ki, sən demə yoldaşımın aldığı maaş bizə bəs edirmiş…

İndi anlayıram ki, heç bir var dövlət, qızıl-brilliant insanın azadlığından qiymətli deyil. Balalarımdan ayrı qalmaq mənə ən böyük cəzadır. O narkotiki bizdən alanlar da bir ananın övladlarıdır, onlar da bizim sayəmizdə məhv olurlar. Heç istəməzdim belə olsun.

Qardaşımın dostu var idi , iranlı. Dedi ki, bir sumka var onu götür, apar təhvil ver, ordan sənə də xeyir qalacaq. Əvvəl qorxdum, dedim tanımadığım adama necə yaxınlaşacam, mənə dedilər ki, narahat olma, sən yaxınlaş, onlar səni tanıyacaqlar. Mən də malı götürdüm, aparıb təhvil verəndə yaxalandım. Sən demə təhvil verdiyim adamlar polis əməkdaşları imiş.

O gündən indiyədək özümü bədbəxt sanıram. Heç bilmirəm bu ad necə təmizlənəcək? Razıyam ki, Allah mənim ömrümdən alsın amma cəzamı azaltsın. Çox tələsirəm, evimə, ailəmə qovuşmaq üçün tələsirəm.

Qadına “Baron”, “Bariqa”, “Narkoman” kimi sözlər yaraşmır. Uzun müddət narkotik istifadə etməyəndə aludəçilər vəhşi heyvana dönürlər. Nə böyük, nə kiçik başa düşmürlər. Çünki onlar həmin vaxt “lokma”da olurlar. Bunun hamısının səbəbkarı bizlərik. Heç özümə, qadınlarımıza türməyə düşməyi yaraşdırmıram”.

 

0