Neftçalanın indi də işığı kəsildi – Səbəb

ÖLKƏ
14:39 / 01.07.2020
1108

Bu gün səhər saatlarından Neftçala rayonuna elektrik enerjisinin verilməsində fasilə yaranıb.

Bu barədə Axar.az-a rayon sakinləri məlumat verib. Məlumata görə, saat 10:30-dan etibarən rayonun bir sıra yaşayış məntəqələrində elektrik enerjisinin verilişi dayandırılıb.

Neftçala Elektrik Şəbəkəsindən sakinlərə bildirilib ki, elektrik enerjisinin kəsilməsinə səbəb xətlərin yenilənməsidir.

Hazırda hissə-hissə elektrik enerjisinin verilməsi bərpa edilir.

1