Əli Əsədov: Karantin rejiminin yumşaldılması nəticəsində pozuntular artıb

ÖLKƏ
23:34 / 01.07.2020
908

“Karantin rejiminin yumşaldılması nəticəsində bir sıra şəhər və rayonlarda pozuntuların artmasının müşahidə olunur”.

Baş Nazir Əli Əsədov bunu Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən sərtləşdirilmiş karantin tətbiq edilməyən bölgələrdəki vəziyyətin müzakirəsi üçün keçirilən videokonfransda deyib.

O bildirib ki, əhali tərəfindən sanitariya-epidemioloji qaydalara riayət edilməsi üçün nəzarətin gücləndirilməsinə ehtiyac var.

0