İcra başçısının yeni birinci müavini kimdir?

ÖLKƏ
14:05 / 02.07.2020
1797

Şamaxı Rayon İcra Hakimiyyəti başçısının yeni birinci müavini Hikmət Şikarov Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının sədri olub.

HİT.Az Yenisabah.az-a istinadla xəbər verir ki, əslən Şamaxıdan Hikmət Şikarov rayonda tanınmış nəsl olan Şikarovlardandır.

Hikmət Şikarov 1994-cü ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini hüquqşünas ixtisası üzrə, 2001-ci ildə Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Dövlət və bələdiyyə idarəetmə fakultəsini bitirib. Əfqanıstan və Qarabağ müharibəsi iştirakçısıdır. 1989-cu ildə “Qədirbilən əfqan xalqından, 1989-cu ildə Ali Sovet Rəyasət Heyətinin Fərmanı ilə “Beynəlmiləlçi döyüşçü”, “SSRİ Silahlı Qüvvələrinin 70 illiyi, 1991-ci ildə “İctimai asayişin qorunmasında əla xidmətlərinə görə”, 2018-ci ildə “Dövlət qulluğunda fərqlənməyə görə” medalları və digər mükafatlarla təltif olunub.

1