Belə hadisələrdən heç kimin xəbəri olmur - Hicran Hüseynova

ÖLKƏ
18:23 / 02.07.2020
1199

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən çoxsaylı işlərin görülməsinə baxmayaraq, hələ də biz zorakılıqla mübarızədə istədiyimiz nəticəni əldə etməmişik.

Bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova deyib. Onun sözlərinə görə, zorakılıq dünyada ən vacib problemlərdən biridir.

"Bir çox hallarda yerli səviyyədə nəinki belə xoşagəlməz halların qarşısı alınır, onların baş verməsindən heç kimin xəbəri olmur. Yaxşı olardı ki, bunlara diqqət yetirilsin, belə ailələr daim nəzarətdə saxlanılsın. Qadın və qızlara qarşı zorakılıq hallarının aradan qaldırılmasında bələdiyyələrin fəaliyyəti çox önəmlidir. Bələdiyyələrin erkən yaşda qızların nikaha məcbur edilməsi, zorakılıq halları olan ailələr barədə daha dəqiq məlumatları var".

 

1
Azvision.az